Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gültac Məmmədəliyeva Tallində bürünc medal qazanıb 

Estoniyanın paytaxtı Tallində qadınlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Açıq Avropa çempionatı başa çatıb. İki gün davam edən turnirin ikinci günü daha bir təmsilçimiz imamla güləşərək çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb. Söhbət 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyevadan gedir. 

Xatırladaq ki, turnirin birinci günü isə cüdoçularımızdan Fidan Əlizadə (48 kq) gümüş , Madina Kisianova (+78 kq) bürünc medal qazanmışdı. 

Beləliklə, cüdo üzrə qadın millimiz Açıq Avropa Çempionatını 3 (0-1-2) medalla başa vurub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin