AHİK-in üzv təşkilatlarının mini-futbol turniri keçirilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və bu qurumun tabeliyində olan AHİTA-nin (Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası) birgə təşkilatçılığı ilə "Sağlam həmkar" devizi altında mini-futbol turniri keçirilir. Sözügedən turnirdə AHİK-in üzv təşkilatların təmsil edən 17 komanda 4 qrupda mübarizəyə başlayıb. Turnirə iyulun 10-da baş tutacaq həlledici final oyunu ilə yekun vurulacaq.
Turniri keçirməkdə əsas məqsəd sağlam həyat tərzinin təbliği, kollektiv həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili, eləcə də bu idman növündə kutləviliyin artırılmasıdır.
Yeri gəlmişkən, bu idman növü son illərdə ölkəmizdə inkişaf yoluna qədəm qoyub. Belə ki, Azərbaycanın mini-futbol üzrə millisi bu günlərdə ikinci dəfə Avropa çempionu adını qazanıb. Qeyd edək ki, ikiqat Avropa çempionu (AÇ-2022 və AÇ2026-nin qalibi) adını daşıyan millimiz, həm də hazırkı dünya çempionudur (DÇ-2025-in qalibi).
Azərbaycanin mini-futbol üzrə "SOCAR" klubu isə bu günlərdə (5-7 iyun) Mərakeş Krallığının Kasablanka şəhərində təşkil olunan 3-cu Dünya Korporativ Oyunlarının qalibi olub.
İNTİQAM Məmmədov


