Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

DQS-nin Sumqayıt mərhələsi basketbolçularmız üçün uğursuz olub 

20-21 İyun günlərində qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsi keçirilib. İki gün davam edən bu turnirdə Azərbaycan həm milli komanda, həm də "Neftçi SOKAR" klubu ilə təmsil olunub. Təəssüflər olsun ki, Azərbaycanın ev sahibliyi etdiyi turnir hər iki təmsilçimiz üçün uğursuz olub.

ABF-dən verilən məlumata görə, qrup mərhələsində əvvəlcə Çinin "Yantszin" klubunu (21:18), ardından Çin millisini (15:13) məğlub edərək qrup lideri kimi 1/4 finala yüksələn "Neftçi SOKAR" klubu bu mərhələdə Yaponiya millisinə (13:14) uduzaraq, mübarizəni dayandırıb. 

Millimiz isə qrupda keçirdiyi hər iki oyunda uduzub. Əvvəlcə Tayland millisinə (6:21)  məğlub olan millimiz ardından Litvaya (4:21) uduzaraq mübarizəni elə qrupdaca dayandırıb.

Yeri gəlmişkən, "Neftçi SOKAR" klubu bir neçə gün öncə, Orlando (Fransa) mərhələsinin qalibi olub. Klub hazırda 186 xalla turnir cədvəlində 5-ci yerdədir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin