Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Lamin Yamal DÇ tarixinə düşüb

Dünən DÇ-2026-nın "H" qrupunda keçirilən və 4:0 hesabla bitən İspaniya - Səudiyyə Ərəbistanı mstcı birincinin 18 yaşlı gənc oyunçusu Lamin Yamal üçün əlamətdar olub. Belə ki, Dünya çempionatında ilk dəfə olaraq İspaniya millisinin start heyətində meydana çıxan Yamal oyunda vurduğu qolla tarixə düşüb. Belə ki, matçın 10-cu dəqiqəsində hesabı açan Yanalın yaşı həmin vaxt 18 yaş, 11 ay və 10 gün olub. O, bu göstərici ilə sdını dünya çempionatlarında qol vuran ən gənc futbolçuların siyahısına yazdırıb. Yamal argentinalı Lionel Messi və amerikalı Yumana Qrindi qabaqlasa da, dünya çempionatları tarixində 68 il ötməsinə rəğmən rekordu hələ də özündə saxlayan braziliyalı futbol kralı Peledən (17 yaş, DÇ-1958), meksikalı Manuel Rosas, ispaniyalı Qovi, seneqalll İbraima Mbaye, ingiltərəli Maykl Ouen, rumıniyalı Miklaş Kovaç və rusiyalı Dmitriy Sıçevdən geri qalır.

Onu da qeyd edək ki, Lamin Yamal həmin oyunda 71 dəqiqə meydanda top qovub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin