"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)
22 iyun 2026-cı il Azərbaycan ədəbi mühitində yaddaqalan günlərdən biri kimi tarixə yazıldı. Bakı şəhərinin möhtəşəm mədəniyyət ocaqlarından biri olan Atatürk Mərkəzində Turan Qadın Yazarlar Birliyinin rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisist Güləmail Muradın təşkilatçılığı ilə şair Könül Arifin ilk şeirlər kitabı olan "Ruhumun daman yeri"nin təqdimat mərasimi keçirildi.
Sözün, duyğunun və mənəviyyatın bir araya gəldiyi bu tədbir təkcə bir kitab təqdimatı deyil, həm də poeziyanın, qadın sözünün və türk dünyası yazarlarının mənəvi birliyinin təntəni gününə çevrildi.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Güləmail Murad müasir dövrdə türk soylu qadın yazarların vahid bir ideya ətrafında birləşməsinin vacibliyini vurğuladı. O, Turan Qadın Yazarlar Birliyinin məqsəd və məramından danışaraq, bu birliyin üzvü olan Könül Arifin yaradıcılıq yoluna nəzər saldı, onun poetik dünyasının özünəməxsus cizgilərini qonaqlara təqdim etdi.
Sonra söz kitabın redaktoru və ön söz müəlliflərindən biri olan şair-publisist Sevinc Azadlıya verildi. Tədbirin aparıcısı kimi çıxış edən Sevinc Azadlı Könül Arif yaradıcılığının zənginliyindən, daxili aləminin dərinliyindən bəhs etdi. O qeyd etdi ki, şairin misralarında insan ruhunun ən incə duyğuları, həyatın ağrıları və ümidləri öz poetik ifadəsini tapır.
Kitabın ön söz müəlliflərindən olan Şamil Ənvəroğlu da çıxış edərək Könül Arif poeziyasındakı fəlsəfi düşüncə qatlarından danışdı. O vurğuladı ki, müəllifin şeirlərində həyatın mənası, insanın daxili aləmi və mənəvi axtarışları xüsusi poetik çalarlarla təqdim olunur və bu xüsusiyyətlər oxucunu özünə cəlb edir.
Şair publisist Sevinc Azadlı
* * *
Tədbirdən video təqdim olunacaq


