Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 

Fransa millisi Paraqvayı məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib 

Kilian Mbappe dünya çempionatlarında 19-cu qolunu vurub 

İyunun 11-də planetin 48 ən yaxşı komandasının iştirakı ilə ABŞ, Kanada və Meksikada startı verilən 23-cü dünya çempionatı 1/8 final mərhələnin oyunları ilə davam edir. İyulun 5-də bu mərhələdə daha bir oyun baş tutub. Söhbət Filadelfiyadakı "Lincoln Financial" arenada keçirilən Fransa - Paraqvay matçından gedir. Görüş 1:0 hesabı ilə Fransanın xeyrinə bitib. Matçın taleyini həll edən yeganə qolun müəllifi isə 27 yaşlı forvard Kilian Mbappe olub. Qeyd edək ki, penalti zərbəsi ilə matçın taleyinin həll edən Mbappe DÇ-2026-da özünün 7-ci qolunu vuraraq mundialın bombardirləri siyahısına liderlik edən Lionel Messiyə çatıb. Mbappe iştirak etdiyi 3 dünya çempionatında vurduğu qolların sayını isə 19-a çatdırıb. O, bu göstəriciyə görə 6 müxtəlif dünya çempionatında 20 qol vuran Messidən cəmi bir qol geri qalır. 

Bu oyun Fransa millisinin baş məşqçisi Didye Deşam üçün də əlamətdar olub. O, komandası dünya çempionatları tarixində pley-offlarda 10 qələbə qazanan məşqçi kimi tarixə düşüb (DÇ-2014-də 1, DÇ-2018-də 4, DÇ-2022-də 3, DÇ-2026-da 2). 

Fransa millisi bu oyunda vurduğu yeganə qolla dünya çempionatlarında qollarının sayını 150-ə çatdırıb. Fransızlar bu göstəriciyə görə Argentina (163 qol), Almaniya (243) və Braziliyadan (246) geri qalırlar.

Fransa millisi həm də DÇ-2026-da ardıcıl 5-ci qələbəsini qazanıb. Qrupda Seneqal (3:1), İrak (3:0) və Norveçi (4:1) udan "xoruzlar" 1/16 finalda isə İsveçi (3:0) məyus ediblər.

Onu da qeyd edək ki, Paraqvayla matçı nəzərə alsaq, Fransa millisi hazırki mundialda ən çətin matçını keçirib.

Yeri gəlmişkən, Fransa - Paraqvay matçının ən yaxşı oyunçusu ikincinin 26 yaşlı qolkiperi Orlando Xil seçilib. Oyun ərzində 4 dəfə gözəl seyvi ilə yadda qalan Orlando Xİl yalnız Mbappenin vurduğu penaltini qaytara bilməyib. Ümumiyyətlə, yığmada 11 dəfə meydana çıxan bu qolkiper 4 oyunda qapısından qol buraxmayıb. Qalan 7 görüşdə isə 13 qol buraxıb. 

Onu da qeyd edək ki, Fransa millisi 1/4-də Mərakeş yığması ilə qarşılaşacaq. Mərakeş millisi 1/8 finalda mundiala ABŞ və Kanada ilə birlikdə şərikli ev sahibliyi edən Kanadanı məğlub edib - 3:0.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin