Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Argentina millisi DÇ-2026-nın yarımfinalında 

Messi qol vura bilməsə də rekordlar seriyasını sıralayıb

Futbol üzrə 23-cü dünya çempionatı (DÇ-2026) finişə yaxınlaşır. Dünən gecə saatlarında mundialda 1/4 final mərhələnin daha iki oyunu keçirilib. Diqqət çəkən oyunlardan biri ABŞ-nin Kanzas-Siti şəhərindəki "Arravhead Sradium" arenasında Argentina ilə İsveçrə yığması arasında olub. Portuqaliyalı referi Juan Pineyrunun idarə etdiyi oyun hazırkı dünya çempionu olan Argentina millisinin qələbəsi ilə başa çatıb - 3:1. Argentina millisi matçın 72-ci dəqiqəsindən etibarən meydanda azlıqda qalan İsveçrəni yalnız əlavə vaxtda məğlub edə bilib. 

Matçın 10-cu dəqiqəsində Aleksis Makallister Lionel Messinin ötürülməsini qola çevirməklə hesabı açıb - 1:0. 

Matçın 67-ci dəqiqəsində isə Rikardo Rodriqesdən pas alan Dan Ndoy pozulmuş statusu bərpa edib - 1:1.

Qarşılaşmanın 72-ci dəqiqəsində hakim Pineyru isveçrəli futbolçu Embaloya ikinci sarı kart göstərməklə, onu meydandan qovub. İsveçrəlilər meydanda azlıqda qalmalarına rəğmən matçın əsas vaxtı bitənə qədər hesab dəyişməyib. Argentinalılar, yalnız əlavə vaxtda fərqləniblər. 112-ci dəqiqədə Xulian Alvares komanda yoldaşı Xose Manuel Lopezin ötürülməsini qola çevirməklə hesabı artırıb - 2:1. Matçda son nöqtəni isə 120+1 dəqiqədə argentinalı Lisandro Martines qoyub - 3:1. 

Beləliklə, Argentina iyulun 15-də İngiltərə millisi ilə yarımfinal matçına çıxacaq.

Qeyd edək ki, həm DÇ-2026-nın (8 qol), həm də 21 qolla çempionatlar tarixinin bombardiri olan Lionel Messi bu oyunda qol vurmasa da rekordlar seriyasını davam etdirib. Belə ki,  mundiallar tarixində 15-ci dəfə pley-ofda meydana çıxan Messi bu göstərici ilə almaniyalı Miroslav Klozenin rekordunu təkrar edib. Argentinalı forvard bu oyunda daha bir rekordu təkrarlayıb. Matçda ilk qolun vurulmasından assistentlik edən Messi bu göstərici ilə DÇ-1954-ün qalibi olmuş Fristal Valterini qabaqlayıb. 

Maraqlı məqamlardan biri isə matcdan sonra Messinin öz futbolkasını İtaliya yığmasının sabiq üzvü Roberto Bacoya hədiyyə etməsi olub. Yeri gəlmişkən, 2025-ci ildə keçirilən klublararası dünya çempionatında isə Baco futbolkasını Messiyə hədiyyə etmişdi.

Xatırladaq ki, dünən mundialda 1/4 final çərçivəsində keçirilən digər oyunda İngiltərə yığması 28 illik fasilədən sonra yenidən mundiala qatılan Norveç millisini üstələyib - 2:1. Matçın qəhrəmanı isə dubl edərək DÇ-da qollarının sayını 6-ya çatdıran Cud Bellinqem olub. 

Nə qədər təəccüblü də olsa, bu oyunda nə mundialın bombardirlərinndən olan Erıinq Hallan (Norveç, 7 qol), nə də ingiltərəli Harri Keyn (6 qol) 90 dəqiqə ərzində özünü göstərə bilməyib. Halann, hətta oyun bitməmiş əvəz olunaraq meydanı tərk edib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin