Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

DÇ-2026-nın yarımfinal, üçüncü yer və final oyunlarının keçirləcəyi zaman və məkan

İyunun 11-də ABŞ, Kanada və Meksikada planetin 48 yığma komandasının iştirakı ilə startı verilən və sayca 23-cü olan futbol üzrə dünya çempionatı (DÇ-3026) artıq finişə yaxınlaşıb. Çempionatın başa çatması üçün 

2 yarımfinal, bir üçüncü yer uğrunda görüş və final qarşlıaşmasından ibarət olan cəmi 4 oyun qalib. 

Artıq mundial təşkilatçıları bu oyunların keçiriləcəyi məkanları və vaxtları müəyyənləşdirib.

Yarımfinal oyunları:

Fransa - İspaniya yarımfinal oyunu iyulun 14-də saat 22:00-da ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki "Ey-Ti-end-Tu" stadionunda olacaq.

İngiltərə - Argentina arasında baş tutacaq digər yarımfinal oyunu isə 15 İyul saat 22:00-da ABŞ-ın Corcia ştatındakı Atlanta şəhərində yerləşən "Mersedes -Benz Stadium" arenada olacaq.

Üçüncü yer uğrunda oyuna və final matçına gəlincə qrafik belədir:

Üçüncü yer uğrunda oyun. 

19 İyul. Saat 00:00. Florida ştatının Mayami şəhərindəki "Xard-Rok" stadionu.

FİNAL MATÇI:

19 İyul. Saat 22:00. ABŞ, Nyu-Cersi ştatı, İst-Rsterford şəhəri, "Metlayr" stadionu.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin