Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fransa - İspaniya. DÇ-2026-nın ilk yarımfinalı

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi və sayca 23-cü dəfə keçirilən futbol üzrə dünya çempionatı artıq finişin bir addımlığındadır. Bu gün mundialda ilk yarımfinal matçı keçiriləcək. Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da Arlinqton (ABŞ)  şəhərindəki "Ey-Ti-end-Tu Stadium" arenada başlanacaq oyunda Fransa (xoruzlar) ilə İspaniya (Qırmızı furye) qarşılaşacaq. Və bununla da mundialın ilk finalçısı müəyyənləşəcək. 

Yeri gəlmişkən, bu komandalar indiyədək müxtəlif turnirlərdə 38 dəfə qarşılaşıblar. Bu oyunlardan 13-də fransızlar, 18-də ispanlar qalib gəliblər. Daha 7 oyun isə heç-heçə bitib.

Topların fərqinə gəlincə, Fransa millisi 44, İspaniya isə 71 dəfə qol sevinci yaşayıb.

Keçirilən oyunların sayı və turnirlər:

Millətlər Liqası : 1-0-1;

AÇ seçməsi: 2-0-0;

Avropa çempionatı: 2-1-2;

Yoldaşlıq görüşü: 7-5-14;

DÇ seçməsi: 0-1-1;

DÇ : 1-0-0.

Bu gün isə rəqiblər 39-cu dəfə qarşılaşacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin