Argentina yoxsa İngiltərə?
Futbol üzrə keçirilən və sayca 23-cü olan dünya çempionatı davam edir. Bu gün çempionatda daha bir yarımfinal oyunu keçiriləcək və bununla da mundialın ikinci finalçısı müəyyənləşəcək. Söhbət Bakı vaxtı ilə saat 23:00-da Atlantadakı (ABŞ) "Mersedes Benz Stadium" arenada baş tutacaq Argentina - İngiltərə matçından gedir. Hər iki komanda çempionluğa iddialıdır. Argentinanın əsas silahı hazırkı mundialın bombardirləri siyahısına 8 qolla liderlik edən 39 yaşlı Lionel Messidir, İngiltərə millisində isə hazırda aktivində 6 qol yazılan Harri Keyndir.
Komandaların qarşılaşmalarına gəlincə, ayrı-ayrı qitələrdə yerləşən bu komandalar 14 dəfə qarşılaşıblar. Bu oyunların 6-da Argentina, 2-də isə İngiltərə qalib gəlib. Qalan 6 oyun isə heç-heçə bitib. Rəqib qapısına 21 qol vuran Cənubi Amerika təmsilçisi öz qapısından 15 qol buraxıb.
Yoldaşlıq görüşlərinin nisbəti:
3-5-1 (toplar 13:10);
DÇ- 3-1-1 (toplar 8:5).
İNTİQAM Məmmədov


