Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimiz AL-ya hazırlıq prosesini davam etdirir 

Xəbər verdiyimiz kimi 21-28 avqust günlərində qadın voleybolçular arasında növbəti Avropa çempionatı keçiriləcək və Azərbaycan millisi öz tarixində sayca 11-ci dəfə bu mötəbər yarışa qatılacaq. Yeri gəlmişkən, 2005-ci ildən bu yarışlara qatılan millimiz debütünü 4-cü yerdə başa vuraraq, Köhnə Qitəni ən yaxşı 4 komandasından biri olmuşdur. Millimiz 2017-ci ildə ölkəmizin Gürcüstanla birlikdə ev sahibliyi etdiyi analoji çempionatda da yarımfinala yüksəlməklə ikinci dəfə eyni uğura imza atıb.

Xatırladaq ki, bu dəfə biri Azərbaycan olmaqla, 4 ölkənin ev sahibliyi edəcəyi qitə çempionatında millimiz "C" qrupunda Portuqaliya, Hollandiya, Belçika, Rumıniya, və İspaniya yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. 

Hazırda millimiz təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi altında Bakı Voleybol Mərkəzində AÇ-ya hazırlıq prosesinin davam etdirir. Yaxın günlərdə AÇ-də iştirak edəcək millimizin heyəti müəyyənləşəcək. 

Bir gün öncə isə yığmanın məşq prosesini Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov izləyib. O, voleybolçularla görüşüb və onlara qarşıdakı möhtəşəm yarışda uğurlar diləyib. Bu arada millinin məşqçilər korpusu tərəfindən  hazırlıq prosesinin növbəti mərhələləri və eləcə də keçirəcəkləri yoxlama yoldaşlıq görüşləri haqda federasiya başçısına məlumat verilib.

Şahin Bağırov görüşün sonunda millimizin bu yarışda (doğma divarlar arasında) Faiq Qarayevin rəhbərliyi altında uğurla çıxış edərək mərhələ keçəcəyinə inandığını bildirib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin