Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paralimpiyaçımız Kamran Zeynalov DK-nın qalibi olub 

İyulun 27-də Serbiyanın Novi Sad şəhərində para güllə atıcılığı üzrə startı verilən Dünya Kubokunun ilk günü Azərbaycan yığmasının üzvü Kamran Zeynalov üçün uğurlu olub. AMPK-dən verilən məlumata görə, paralimpiyaçımız P4 kateqoriyasında 50 metr məsafəyə tapançadan atəş açmaqda bütün rəqiblərini geridə qoyaraq, birinci yeri tutub və Dünya Kubokunun qalibi olub.

O, sərrast atışları sayəsində 222 xal toplayıb. 

Yeri gəlmişkən, iyulun 29-dək davam edəcək turnirdə Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da iştirak edir. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin