Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Qobustan gənclərinə xidmət göstərir +FOTO=11

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə icra olunan “Səyyar Gənclər Xidməti” layihəsi ölkənin müxtəlif şəhər və rayonlarında gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərməyə davam edir. 

AZpress.AZ xəbər verir ki,  xidmətin 3-7 avqust tarixlərində növbəti dayanacağı Qobustan rayonu olub. “Gənclərlə, gənclər üçün” şüarı altında həyata keçirilən layihə region gənclərinin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığını artırmaq, vətəndaş məsuliyyətini gücləndirmək, gənclər üçün yaradılmış imkanlardan bərabər səviyyədə yararlanmasını təmin etmək və onların  sosial inteqrasiyasını gücləndirmək məqsədi daşıyır.

Layihənin Qobustandakı açılış mərasimində Qobustan Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı Əkbərli və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan Korpusunun rəhbəri Elvin Balakişiyev çıxış edərək Səyyar Gənclər Xidmətinin bölgələrdə yaşayan gənclərin potensialının üzə çıxarılmasındakı rolundan danışıb, bu kimi təşəbbüslərin gənclərin şəbəkələşməsinə, bilik bazasının zənginləşməsinə və karyera planlamalarına mühüm töhfə verdiyini qeyd ediblər.

Layihənin 5 günlük zəngin proqramı çərçivəsində Qobustan gəncləri üçün hərtərəfli inkişaf platforması yaradılıb. Proqram müddətində iştirakçılar xüsusi olaraq formalaşdırılmış "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında fəallıq nümayiş etdiriblər. Müxtəlif istiqamətləri əhatə edən bu zonalar gənclərə fərqli sahələrdə özlərini sınamaq üçün imkanlar yaradıb. Proqram çərçivəsində təşkil olunan interaktiv vörkşoplar, peşəkar ustad dərsləri, eləcə də intellektual yarışlar və viktorinalar gənclərin böyük marağına səbəb olub.

Bununla yanaşı iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Fəaliyyətlərdə aktivliyi ilə seçilən gənclər mükafatlandırılıblar. 

Xatırladaq ki, cari il üzrə Şəki, Oğuz və Qəbələ, İsmayıllı, Ağsuda və Şamaxıda baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə edəcək.

Best coffeeshop in Berlin