Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cavidan Nehmətov DÇ-da gümüş, Tural Əhmədovsa bürünc medal qazanıb

Slovakiyanın paytaxtı Bratislavada 20 yaşıl (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Dünya Çempionatı davam edir. Qeyd edək ki, çempionatın ikinci günü yığmamızın üzvləri, biri gümüş, birisə bürünc əyarlı olmaqla iki medal qazanıblar. Gümüş medal həlledici final görüşündə erməni Samvel Terteryana (1:1) ilk xal prinsipi əsasında uduzan Cavidan Nehmetovun (77 k) aktivinə yazılıb. Bürünc medalı isə üçüncü yer uğrunda Ekvador təmsilçisi Klizman Velizə 2:1 hesabla qalib gələn Tural Əhmədov (63 kq) qazanıb. 

Yeri gəlmişkən, çempionatın ikinci günü mübarizəyə qatılan daha 4 yunan-Romaçımızdan isə yalnız biri - Emin Cavadlı (55 kq) nisbətən inamla güləşərək bürünc medal qazanmaq şansına yiyələnib. Emin bu gün bürünc medal uğrunda cinli güləşçi Jiale Ki ilə qarşılaşacaq.

Çempionatın bu günə təsadüf edən üçüncü günü isə çəkisi isə 60 və 82 kq olan yunan-Romacilar, eləcə də 50, 53 və 72 kq-da olan qadınlar təsnifat mərhələsindən mübarizəyə qatılacaqlar.

Günün axşam saatlarında (20:00-dan 22:00-dək 55, 67, 72 və 97 kq çəkilərdə medal görüşləri keçiriləcək.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111