Qadın voleybolçuların AÇ-na üç gün qalıb
24 komandanın iştirakı ilə, biri Azərbaycan olmaqla, 4 ölkədə keçiriləcək qadın voleybolçulrın Avropa çempionatının (CEV EuroVelloy 2020 Women) startına cəmi 3 gün qalıb. Avqustun 21-də qrup oyunları ilə startı veriləcək Avropa çempionatına sentyabrın 6-da Türkiyədə baş tutacaq həlledici final matçı ilə yekun vurulacaq.
Komandalar 4 qrupda (hərəsində 6 milli olmaqla) mübarizə aparacaqlar. Azərbaycan millisinin də yer aldığı "C" qrupunda millimizlə yanaşı, Portuqaliya, İspaniya, Rumuniya, Belçika və Hollandiya yığması cəmləşib.
"C" qupunun bütün oyunları 21-28 avqust günlərində Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.
Azərbaycan millisinin iştirakı ilə keçiriləcək oyunların cədvəli belədir:
21 avqust. Saat 18:30. Azərbaycan - Portuqaliya;
23 avqust. Saat 18:30. Azərbaycan - İspaniya;
24 avqust. Saat 18:30. Azərbaycan - Rumıniya;
26 avqust. Saat 18:30. Azərbaycan - Belçika;
28 avqust. Saat 18:30. Azərbaycan - Hollandiya.
Qrupun bütün oyunlarının ümumi təqvimi isə aşağıdakı cədvəldə göstərilib.
Qeyd: Millimiz hazırda təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi altında AÇ-ya hazırlıq prosesini, məhz çempionatın oyunlarının keçirləcəyi Milli Gimnastika Arenasında davam etdirir.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



