Gənc güləşçimiz Ayxan Cavadov DÇ-nın finalına yüksəlib
Slovakiyanın paytaxtı Bratislavada 20 yaşıl (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən dünya birinciliyi (DB) davam edir. Birinciliyin 3-cü günü (18 avqustda) çəkisi 60 və 82 kq olan yunan-Romacilar və eləcə də çəkisi 50, 53 və 72 kq olan qızlar mübarizəyə qatılıblar.
Yunan-Romaçılardan Ayxan Cavadov (60 kq) daha inamla güləşərək ötən il olduğu kimi yenə də birinciliyin finalına yüksəlib. O, avqustun 19-da çempionluq uğrunda son həlledici final görüşündə öznəkistanlı Dostonbek Oripovla qarşılaşacaq.
82 kq-da güləşən təmsilçimiz Emin Əliyevsə, sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Zəriflərimizə gəlincə, 53 kq çəki dərəcəsində döşək üzərinə çıxan Esra Məmmədli (53 k) elə startdaca uduzub. 72 kq-da mübarizə aparan Zəhra Kərimzadə isə avqustun 19-da bürünc medal uğrunda görüşə çıxacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



