Gənc boksçumuz Əli Baxışov AÇ-mın finalında
Serbiyanın Loznitsa şəhərində 19 yaşlılar (U-19) arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı atıq finişə yaxınlaşıb . Dünən çempionatda yarımfinal mərhələnin döyüşləri keçirilib. Bu mərhələdə iki təmsilçimiz rinq döyüşünə çıxıb ki, onlardan da biri - Əli Baxışov (60 kq) bu döyüşünü də udaraq finala yüksəlib. Yerı gəlmişkən, yarımfinalda türkiyəli Furkan Avarı (3:2) üstələyən Baxışov həlledici finalda isə meksikalı Dniele Fabi ilə vuruşacaq.
Digər yarımfinalçımız - Banuçiçək Nəsirli (48 kq) isə finala çıxışda meksikalı rəqibinə uduzraq, mübarizəni üçüncü yerdə dayandırıb və bürünc medalla kifayətlənib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



