Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Macarıstanda tatamiyə çıxacaqlar 

11-13 sentyabr günlərində Macarıstanın paytaxtı Budapeştdə kişi və qadınlar arasında cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək. Qeyd edək ki, Olimpiada-2028-ə (Los Anceles, ABŞ) lisenziya xalları verən və üç gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla 70 ölkədən 513 (316 kişi, 197 qadın) tatami ustası medallar uğrunda yarışacaq. Ölkəmiz turnirə 11 çəki dərəcəsində 16 (12 kişi və 4 qadın) cüdoçu ilə qatılacaq. ACF-dən verilən məlumata görə, baş məşqçi Riçard Trautman, böyük məşqçilər - Elxan Məmmədov və Robert Kravçukun rəhbərliyi altında sözügedən turnirə qatılacaq kişi komandamızin heyətində Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Rəşad Yelkiyev, Nizami İmranov (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) yer alıb.

Baş məşqçisi Amina Abdellaitf və böyük məşqçisi Saşa Herkenart-Vimar olan qadın yığmamızın heyətinə isə Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Südabə Ağayeva (70 kq ) və Madina Kaisinova (+78 kq) cəlb edilib.

Reqlamentə görə hər çəkidə ilk üç yeri tutan cüdoçu aktivinə müvafiq olaraq, 1000, 750 və 500 reytinq xalı yaxfırmış olacaq.

Turnirdə daha bir həmyerlimiz  - A kateqoriyalı hakim Hazim Umbayev isə ədalət qoruyucuları arasında yer alacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111