Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Qalib Azərbaycanın sülh çağırışı” – Masallıda tədbir

 

Masallıda 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə elan olunan Sülh Aylığı çərçivəsində “Qalib Azərbaycanın sülh çağırışı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Aybəniz Novruzova, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin əməkdaşı Mirkamran Mənsimli, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Gülər Piriyeva çıxışlarında Beynəlxalq Sülh Gününün mahiyyəti, sülhün və insan hüquqlarının qorunmasının əhəmiyyəti, Azərbaycanın sülhə verdiyi töhfələr, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri barədə fikirlər səsləndiriblər.
Natiqlər insan hüquqlarının, sülh və həmrəylik dəyərlərinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, xüsusilə gənclərin sülh mədəniyyətinin formalaşdırılması prosesinə cəlb edilməsi gələcək nəsillərin daha təhlükəsiz və sabit cəmiyyətdə formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Akif VAQİFOĞLU

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111