Şahmatçılarımız ÜŞO-da ikinci turu da qələbəylə bitiriblər
Özbəkistanın Səmərqənd şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Ümumdünya Şahmat Olimpiadası (ÜŞO) davam edir. Dünən ÜŞO-da ikinci turun partiyaları keçirilib. İlk turda olduğu kimi, hesabat turunda da Azərbaycan komandaları (kişi və qadın) qalib gəliblər. Kişi komandamız Flippini 3:1, qadın millimiz isə Danimarkanın 4:0 hesabla məğlub edib. Kişi komandamızın heyətində Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqibini məğlub edib, Aydın Süleymanlı ilə Eltac Səfərli isə rəqiblə xal bölüb.
Qadın millimizə gəlincə, heyətində yer alan Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibinə aman verməyib.
Yeri gəlmişkən, İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan bu yarışda iştirak edən 138 kişi və 149 qadın komandasının heyətində 1032 şahmatçı mübarizə aparır. ÜŞO-ya sentyabrın 27-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



