Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Milli Musiqi Günü təntənəli qeyd olunub +FOTO=62

Sentyabın 18-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə “18 Sentyabr – Milli Musiqi Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilib. 
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Yaqub Məmmədovun adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, YAP Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, şəhid ailələri, rayon ictimaiyyəti, “N” saylı hərbi hissənin əsgər və zabitləri, habelə muğam-musiqisevərlər iştirak ediblər.
Öncə mərkəzin foyesində kitab və rəsm sərgisi təşkil olunub, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib. Tədbir musiqisi dahi bəstəkar Üzeyir bəyə məxsus olan Dövlət Himnimiz səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  çıxışında qeyd edib ki, doğma Ağcabədidə dünyaya göz açan bəstəkar dünya musiqisinə olduqca qiymətli və tükənməz xəzinə bəxş edib. Şərqdə ilk operanın müəllifi olan korifey sənətkar musiqi dünyasının zirvəsini fəth eləmiş, Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır. Milli musiqi sənətimizin qızıl imzalı korifeyi Üzeyir bəyin nuru, ziyası Azərbaycan musiqi sənətini bundan sonra da əbədi olaraq işıqlandıracaqdır. Nə qədər Azərbaycan musiqisi, muğamı var – Üzeyir bəy də var! Nə qədər Azərbaycan operası var, Azərbaycan səhnəsi var, bütölükdə Azərbaycan xalqı var.
Bundan sonra Qarabağ Regional Mədəniyyət idarəsinin tabeliyində olan Ağcabədi, o cümlədən Ağdam,  və Bərdə musiqi kollektivlərinin ifasında əksəriyyəti Üzeyir bəyin repertuarından olan ölməz əsərlərdən ibarət rəngarəng konsert proqramı təqdim olunub. İfa olunan əsərlər, opera və musiqili komediyalardan hazırlanmış səhnələr, rəqslər tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.Füzuli Dövlət Dram Teatrının kollektivi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi ölməz əsərlərindən (o cümlədən “Arşın mal alan”dan Telli və Vəlinin məşhur səhnəsi) ibarət maraqlı səhnə və rəqs kompozisiyaları nümayiş etdirib.
Sonda bir qrup fəal mədəniyyət işçisi Qarabağ Regional Mədəniyyət idarəsinin rəisi Aydın Bəşirov tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olunub.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111