ACF-nin adaptiv cüdo qrupunun daha iki üzvü Sarayevoda medal qazanıb
Bosniya və herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçirilib. Turnirdə Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftalıyeva və qurumun təhsil eksperti İbrahim Aslanov cütlüyü də iştirak edib. ACF-dən verilən məlumata görə, " nage- no- kata" yarışında çıxış edən cütlüyümüz ikinci yeri tutmaqla gümüş medal qazanıb. Xatırladaq ki, cütlüyümüzdən Niftəliyeva tori, Aslanov isə uke növündə bacarığını nümayiş etdirib.
İNTİQAM Məmmədov



