Bu gün ABL-da yeni mövsümə start veriləcək
Bu gün kişi basketol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027- ci illər mövsümünə start veriləcək. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, çempionatın açılış matçında hazırki çempion " Sabah"la vitse-çempion adını daşıyan "Landai Lions" klubu qarşılaşacaq. Qarşılaşma bu gün saat 19:30-da Bakı İdman Sarayında başlanacaq. Ötən ilkindən fərqli olaraq, yeni mövsümdə çempionluq yarışında 8 klub mübarizə aparacaq.
İNTİQAM Məmmədov



