"Sabah" ABL-ın yeni mövsümünə qələbəylə başlayıb
Sentyabrın 30-da kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) 2026-2027-ci illər mövsümünə start verilib. Liqanın açılış matçında hazırki çempion "Sabah" ilə vitse-çempion adını daşıyan "Landai Lions" basketol klubu qarşılaşıb. Bakı İdman Sarayında baş tutan və gərgin mübarizə şəraitində keçən mövsümün ilk oyunu "Sabah"ın 10 xal fərqli qələbəsi ilə bitib - 84:74 (14:17, 17:17, 24:25, 29:15).
Hissələrdən də göründüyü kimi, matçın əvvəli vitse-çempionun üstünlüyü ilə keçib. Yalnız son dördüncü hissədə "Sabah" təşəbbüsə yiyələnib (29:15) və bununla da qələbəni özünə təmin edə bilib.
Yeri gəlmişkən, hər iki klubumuz Avrokuboklarda mübarizə aparır.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



