Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 ABL-da klublar yeni mövsümə 300 min qazancla başlayırlar

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakı İdman Sarayında baş tutan "Sabah" basketbol klubu (ölkə çempionu) ilə "Landai Lions" (vitse-çempion) klubu arasında baş tutan və 84:74 hesabla bitən oyunla kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünə start verilib. ABF- dən (Azərbaycan Basketbol Federasiyası) verilən məlumata görə, əvvəlki mövsümlərdən fərqli olaraq, yeni mövsümdə klublar üçün yeni model - " Nəticə və azarkeş yönümlü maliyyələşdirmə modeli" tərtib edilib. 

Bu yeni model ölkə basketolunun keyfiyyətini artırmaq, klublar arasında rəqabəti gücləndirmək və azarkeş axınını stimullaşdırmaq yolu ilə yeni maliyyələşdirmə məqsədi daşıyır. Modelin əsas mahiyyəti isə klublarının büdcəsinin artmasına hesablanıb. 

Yeni modelin şərtlərinə görə, ABL-da çıxış edən hər bir kluba şərtsiz olaraq 300 min manat ödənilir. Modelə əsasən klublar qarşısında hər oyuna 300 azarkeş cəlb etmək və bu azarkeşlərdən bilet satışı ilə 3000 manat qazanmaq şərti qoyulur. Belə olan halda mövsüm ərzində keçirilən 21 oyunda klubun büdcəsinə 63 min manat əlavə edilə bilər. Modelin şərtinə əsasən, hər bir qələbə üçün kluba 10 min manat mükafat veriləcək. Bu isə 21 oyunda 210 min manat qazanc deməkdir.

Və sonda, mövsümün sonunda pley-offa çıxan 4 klubun hərəsinə 150 min manat hədiyyə ediləcək. Çempion olan komandaya üstəlik 1.400.000 manat, vitse-çempiona isə bunun yarısı qədər mükafat veriləcək.

İNTİQAM Məmmədov