Ağcabədidə Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu +FOTO=23
Oktyabrın 1-də Ağcabədi rayonunda “Prokurorluq işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Əvvəlcə rayon prokurorluğunun kollektivi tərəfindən Qəhrəmanlar Parkında əbədi məşəl abidəsi və torpaqlarımızın azadlığı uğrundan canından keçən Vətən qəhrəmanlarının məzarları ziyarət olunub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Prokurorluğunun kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbi hissə komandirləri və digər qonaqlar Ulu öndər Heydər Əliyevin adibəsini ziyarət edərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları Ağabədi Rayon Heydər Əliyev mərkəzinin qarşısında xatirə şəkilləri çəkdiriblər.
Rayon prokurorluğunun inzibati binasında davam edən tədbirdə çıxış edən Ağcabədi Rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin iylun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Vüqar Hacıyev ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətimizə və vətəndaşlarımıza qarşı yönəlmiş cinayətlərin qarşısının alınması istiqamətində prokurorluq orqanlarının gördüyü mühüm işlərdən, prokurorluq əməkdaşlarının çətin və şərəfli fəaliyyətindən söz açıb. O, əlamətdar gün münasibətilə prokurorluq işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Təbrik nitqi ilə çıxış edənlər – Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev və digərləri təbriklərə qolulublar. Çıxışlarda vurğulanıb ki, tariximizin ən çətin dövrlərində Azərbaycan Respublikasının Prokurorluğu dövlətin və xalqın təhlükəsizliyini və maraqlarını daim uca tutaraq sədaqət nümayiş etdirmişdir. Bu məsuliyyətli orqan istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sonrakı dövrlərdə daim dövlətçiliyin qorunmasına xidmət edib, qanunların və insan hüquqlarının qorunması yolunda barışmaz mövqedə olub. O da qeyd olunub ki, I və II Qarabağ müharibəsində də prokurorluq işçiləri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı misilsiz sücaətlər göstəriblər, son anda ölümün gözlərinə dik baxıblar.
Sonda öz işində səmərəli fəaliyyətinə və xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə Ağcabədi Rayon prokurorunun koməkçisi, II dərəcəli hüquqşünas Namiq Süleymanov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edilib.
“01 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü”nə həsr olunmuş tədbir çay süfrəsi ətrafında davam edib
Təbriklərə qoşuluruq, əziz prokurorluq işçiləri, peşə bayramınız mübarək olsun – deyirik!
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



