Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azər Həsrət:

Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına uzanan yol siyasi həmrəyliyin zirvəsidir

Bakıda 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Gününə həsr olunmuş "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda keçirilən konfransda siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət də məruzə ilə çıxış etmişdir.

 

AZpress.AZ xəbər verir ki, Azər Həsrət öz çıxışında Şuşa Bəyannaməsinin Türk dünyasının siyasi və ideoloji birliyində oynadığı müstəsna roldan bəhs etmiş, TDT-nin gələcək inkişaf perspektivlərinə diqqət çəkmişdir.

 

Siyasi şərhçi qeyd etdi ki, Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyənin ikitərəfli strateji müttəfiqliyini rəsmiləşdirən sənəd deyil, eyni zamanda bütün Türk dünyasının yeni geostrateji reallıqda vahid güc kimi çıxış etməsinin təməl daşıdır. Bu bəyannamə Türk Dövlətləri Təşkilatının institusional güclənməsinə, üzv ölkələr arasında siyasi, mədəni və informasiya sahələrində inteqrasiyanın sürətlənməsinə birbaşa təkan vermişdir.

 

Azər Həsrət qeyd etmişdir ki, Türk dövlətlərinin mülki cəmiyyət institutları və media qurumları ortaq milli maraqların müdafiəsi və dezinformasiyaya karşı mübarizədə daha yaxından əməkdaşlıq etməlidir. Şuşa Bəyannaməsindən irəli gələn ruh Türk dünyasının vahid ideoloji platformada birləşməsini zəruri edir.

 

Yekunda Azər Həsrət bildirmişdir ki, "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusu Türk birliyinin artıq bir arzu deyil, real və sarsılmaz bir geosiyasi reallıq olduğunu bir daha sübut edir.

Xeyransa İsmayılova

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111