Boks üzrə U-15-lərin Avropa çempionatı keçiriləcək
Oktyabrın 18-dən 25-dək Türkiyənin Trabzon şəhərində 15 yaşlı (U-15) boksçular arasında Avropa çempionatı keçiriləcək. Doqquz gün davam edəcək bu çempionatda Azərbaycan boksçuları da medallar uğrunda mübarizə aparacaqlar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə ölkəmiz sözügedən yarışda 4-ü qız olmaqla, 21 boksçu ilə təmsil olunacaq.
İNTİQAM Məmmədov



