Sənət və qardaşlıq körpüsü: Ferhat Göçerin Bakıdakı media görüşü
Oktyabrın 17-də Bakının mədəni həyatında əsl musiqi bayramı yaşandı.
Türk pop musiqisinin sevilən və unudulmaz səsi Ferhat Göçer Heydər Əliyev Sarayında növbəti solo konserti ilə dinləyicilərinin qarşısına çıxdı. Sənətçinin bu möhtəşəm gecə öncəsi media nümayəndələri ilə bir araya gəlməsi isə həm mətbuat, həm də pərəstişkarlar üçün xüsusi əhəmiyyət daşıdı.
Eyyub Hüseynzadənin layihə rəhbərliyi və yüksək səviyyəli təşkilatçılığı ilə reallaşan bu səfər Ferhat Göçerin Bakıdakı sayca dördüncü konserti idi.
Təşkilatçının dəvəti ilə baş tutan mətbuat konfransında sənətçi media məmurlarını səmimiyyətlə salamlayaraq, hər dəfə Azərbaycana gələndə özünü evindəki kimi hiss etdiyini bildirdi.
Görüş zamanı Ferhat Göçer konsert hazırlıqlarından geniş bəhs etdi. O, hər zaman səhnəyə çıxmazdan əvvəl həyəcan keçirdiyini, lakin Azərbaycan tamaşaçısının isti münasibətinin bu həyəcanı tez bir zamanda sevgi dolu enerjiyə çevirdiyini vurğuladı. Sənətçi həmin axşam dinləyicilərinə iki xüsusi sürpriz təqdim edəcəyini də qeyd edərək media nümayəndələrinin suallarını cavablandırdı.
Bu görüş sadəcə növbəti konsert öncəsi təşkil olunan rəsmi mətbuat konfransı deyil, iki qardaş ölkə arasındakı mədəni bağların növbəti təntənəsi idi. Eyyub Hüseynzadənin peşəkar təşkilatçılığı və Ferhat Göçerin səmimi ünsiyyəti sayəsində media ilə baş tutan bu görüş oktyabrın 17-də baş tutacaq möhtəşəm musiqi ziyafətinin əsas başlanğıcı və ən yaddaqalan anlarından biri oldu.
Səhnəyə çıxmazdan əvvəl hər zaman ilk konserti kimi həyəcan keçirdiyini etiraf edən Ferhat Göçer, Bakı tamaşaçısının bu enerjini dərhal sevgi dolu bir harmoniyaya çevirdiyini vurğuladı. O, həmin axşam konsertə gələn sevənlərinə iki xüsusi sürpriz təqdim edəcəyini müjdələyərək jurnalistlərin suallarını cavablandırdı.
Tanınmış müğənni hər dəfə Bakıya gəlməkdən sonsuz qürur və xoşbəxtlik duyduğunu, Azərbaycanı və xüsusilə Bakı tamaşaçısını özünə çox yaxın bildiyini vurğulamışdı. Sənətçi Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq və dostluq əlaqələrindən hər zaman qürurla bəhs edərək, bu bağların mədəniyyət və sənət sahəsində də hər zaman uca tutulmasının vacibliyini qeyd etmişdi.
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



