Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Ferhat Göçer Bakıda növbəti uğura imza atdı +VİDEO

Azərbaycanın mədəniyyət və şou-biznes aləmində elə imzalar var ki, onların fəaliyyəti yalnız bir layihə ilə məhdudlaşmır, həm də ölkələr və xalqlar arasında əsl sənət körpüləri qurur. Belə peşəkar simalardan biri də tanınmış təşkilatçı və layihə rəhbəri Eyyub Hüseynzadədir. Onun gərgin əməyi, yüksək zövqü və təşkilatçılıq bacarığı sayəsində Bakı səhnəsi hər zaman dünyanın və qardaş Türkiyənin seçilən sənətçilərinin unudulmaz konsertlərinə ev sahibliyi edib.

Eyyub Hüseynzadənin layihələrinin uğur sirri onun hər detalna qədər düşündüyü peşəkar yanaşmasında gizlidir. İstər konsertdən öncə təşkil edilən səmimi media görüşləri, istər mətbuat nümayəndələrinə göstərilən diqqət, istərsə də sənətçilərin Bakıda özlərini evlərindəki kimi hiss etmələri üçün yaradılan şərait məhz bu təşkilatçılıq məktəbinin məhsuludur. Buna parlaq nümunələrdən biri Türkiyənin sevilən sənətçisi Ferhat Göçərin Bakıda reallaşan və artıq ənənə halını alan silsilə konsertləridir. Eyyub Hüseynzadənin layihə rəhbərliyi ilə baş tutan bu dördüncü möhtəşəm görüş bir daha sübut etdi ki, əsl mədəniyyət layihələri illərin sınağından uğurla çıxır.

Xüsusilə oktyabrın 17-də Heydər Əliyev Sarayında baş tutan konsert zamanı yaşananlar Eyyub Hüseynzadənin sadəcə bir təşkilatçı deyil, həm də milli-mənəvi dəyərlərə həssaslıqla yanaşan mədəniyyət fədaisi olduğunu göstərdi. Konsert repertuarında "Ey, Əziz Anam, Azərbaycan" əsərinin səsləndirilməsi və tamaşaçıların ayaq üstə alqışladığı o unudulmaz anlar layihənin ruhunu və ideya istiqamətini dəqiq əks etdirirdi.

Bir sözlə, Eyyub Hüseynzadənin adı Azərbaycanın musiqi və mədəniyyət salnaməsində hər zaman keyfiyyət, peşəkarlıq və qardaşlıq simvolu kimi çəkilir. Onun ərsəyə gətirdiyi hər bir layihə tamaşaçılara unudulmaz emosiyalar, sənətçilərə isə səmimi qucaq açan böyük bir sənət bayramına çevrilir.

VİDEO: https://www.instagram.com/p/DeomA81t5M-/

Xeyransa İsmayılova

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111