Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zərgərpalan hamamında “Formanın yaddaşı” adlı qrup sərgisi keçirilib +FOTO=3

Oktyabrın 16-da Zərgərpalan hamamında Sonaxanım Kərimovanın təşkilatçılığı ilə “Formanın yaddaşı” adlı qrup sərgisi keçirilib.
AZpress.AZ xəbər verir ki, sərginin açılışında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvləri Şəhla Xəlilli və Faiq Nəsibov çıxış ediblər.
Sərgidə keramika, heykəltəraşlıq, qrafika, yağlı boya və akvarel texnikalarında ərsəyə gəlmiş sənət əsərləri nümayiş olunub. Müxtəlif texnika və üslubları bir araya gətirən ekspozisiya formanın ifadə imkanlarını və yaddaşla əlaqəsini ön plana çıxarıb. Təqdim olunan əsərlər müəlliflərin fərdi baxışlarını, duyğularını və yaradıcılıq axtarışlarını əks etdirib.
Sərginin təşkilinə göstərdiyi dəstəyə görə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə təşəkkür bildirilib. Təşkilatçı, həmçinin sərgidə iştirak edən rəssamlara, heykəltəraşlara, keramika ustalarına və tədbiri ziyarət edən sənətsevərlərə minnətdarlığını ifadə edib.
“Formanın yaddaşı” sərgisi yaradıcı insanların bir araya gəlməsinə, sənətin müxtəlif ifadə vasitələri arasında dialoqun qurulmasına və mədəni dəyərlərin təbliğinə töhfə verən bir təşəbbüs kimi gerçəkləşib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.