"Turan" qadın voleybol klubu Avrokuboka qələbəylə başlayıb
Bu gün qadın voleybolçulardan ibarət klublar arasında Avrokubok yarışlarının ÇEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyunlar keçirilib. Ölkəmizi bu turnirdə ilk dəfə təmsil edən Tovuzun "Turan" klubu doğma divarlar arasında Xorvatiyanın "Mladost Zaqreb" klubunu qəbul edib. Tovuz Olimpiya İdman Kompleksində baş tutan oyun ev sahibinin quru hesablı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:20, 25:16, 25:16).
Cavab oyunu oktyabrın 29-da Zaqrebdə keçiriləcək.
Yeri gəlmişkən, kişilərin analoji yarışında iştirak edən Azərbaycan çempionu "Xilasedici" isə ikinci təsnifat mərhələsi çərçivəsində ilk matçını noyabrın 3-də FHN-nin idman arenasında Lissabon (Portuqaliya) təmsilçisi "Sporting CP Lisboa" klubuna qarşı keçirəcək. Cavab matçı isə bundan bir həftə sonra Lissabonda olacaq.
İNTİQAM Məmmədov



