Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Veteran cüdoçumuz Fərhad Rəcəbli 12 qat Avropa çempionudur

Portuqaliyanın Portiman şəhərində veteran cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də (15 cüdoçu) qatıldığı Avropa çempionatı davam edir. Çempionatın ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, sözügedən turnirə həm idmançı, həm də komandanın rəhbəri kimi qatılan Fərhad Rəcəbli (M8, 90 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, yenidən Avropanın ən güclüsü kimi tarix yazıb. Qeyd edək ki, həlledici finalda britaniyalı Ceyms Beyti məğlub edən Rəcəbli karyerasında 12-ci dəfə Avropa çempionu olub. Maraqlıdır ki, Rəcəbli həm də eyni sayda dünya çempionudur.

İNTİQAM Məmmədov