Super Liqada birinci tura yekun vurulub
Kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Super Liqasında 2026/2027-- ci illər mövsümünün birinci turuna yekun vurulub. Turun 24 oktyabrda baş tutan son matçında "Xilasedici" ilə "Neftçi" klubu qarşılaşıb. FHN- in Hövsan qəsəbəsində yerləşən İdman zalında baş tutan həmin oyun birincinin qələbəsi ilə bitib - 3:1(28:26, 26:24, 23:25, 25:24).
Bununla da 6 komandanın mübarizə apardığı Super Liqada "Xilasedici", "Ordu" və "AZERRAİL" mövsümə qələbə ilə başlayıb.
Super Liqada ikinci tura oktyabrın 28-də start veriləcək.
İNTİQAM Məmmədov



