Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Teymur Tanrıverdiyev Avropa çempionu olub 

U-15 boks millimiz AÇ-ni 10 medalla başa vurub 

Türkiyənin Trabzon şəhərində 15 yaşlılar (U-15) arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatına oktyabrın 25-də baş tutan final döyüşləri ilə yekun vurulub. 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamız çempionatı biri qızıl, üçü gümüş və altısı bürünc əyarlı olmaqla 10 (1-3-6) başa vurub. Boksçularımız arasında ən yaxşı nəticəni final da daxil olmaqla, bütün görüşlərini qələbə ilə bitirən Teymur Tanrıverdiyev (90 kq) göstərib. O, həlledici finalda Rumıniya boksçusu Riçard Oviduya qalib gələrək, Avropa çempionu olub və qızıl medala layiq görülüb.

Təəssüflər olsun ki, onunla eyni gündə final döyüşünə çıxan digər təmsilçilərimiz - Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq) və Sərxan Haxverdiyev (70 kq) məğlubiyyətlə üzləşərək Avropa ikincisi olub və gümüş medalla kifayətlənib.

 Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasovun (66 kq) aktivinə yazılıb. 

Yeri gəlmişkən, hazırda Montoneqronun Budva şəhərində isə 19 yaşlılar (U-19) arasında analoji yarış keçirilir.

İNTİQAM Məmmədov