Şimali Kipr Türk Respublikasında TEKNOFEST Festivalı başlayır
Şimali Kipr Türk Respublikasında (KKTC) Aerokosmik və Texnologiya Festivalı TEKNOFEST öz işinə başlayıb.
Səlcuk Bayraktar tədbirin açılış günündə jurnalistlərin suallarını cavablandırıb.
O, ŞKTC gənclərinin qabaqcıl texnologiyalara marağını nəzərə alaraq TEKNOFEST-i burada keçirməyə qərar verdiklərini qeyd edib.
"Bildiyiniz kimi, ilk festivalımızı İstanbulda, sonra Anadolu bölgəsində təşkil etdik. Bundan sonra qardaş Azərbaycanda möhtəşəm TEKNOFEST festivalı keçirildi. İndi isə növbəti dayanacağımız burada - Şimali Kipr Türk Respublikasındadır", - deyə Səlcuq Bayraktar vurğulayıb.
O, həmçinin bildirib ki, TEKNOFEST festivalı gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır.


