Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hindistan ordusu ağ bayraq qaldırdı

Hindistan ordusu Kəşmirdə Nəzarət Xəttində Chora kompleksində ağ bayraq qaldırıb.

Bu barədə “Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistan ordusu Nəzarət Xəttindəki düşmən postlarına ciddi ziyan vurub, nəticədə Hindistan ordusu Chora Kompleksi postunda ağ bayraq qaldırıb.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda mülki infrastruktura bir sıra zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri elan edib. KİV-in məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələri 5 Hindistan qırıcısını vurub.

Best coffeeshop in Berlin