Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Hümbət Quliyev: 

Ocaq (esse)

İctimai-icma quruluşu dövründə qəbilə üçün ocağın müstəsna əhəmiyyəti olub. Ocaq insanları vəhşi heyvanlardan, soyuqdan qoruyub. Ocağın sönmə təhlükəsi olduğundan seçilmiş bir insanı "ocaq qoruyucusu" təyin edərmişlər. Bu insanın da yeganə vəzifəsi tədarük etdiyi odun və çırpılarla ocağı gecə- gündüz " isti" saxlamaq olarmış.

Müasir dövrdə bəlli səbəblərdən belə insana ehtiyac yoxdur. Amma xalqımızın bir "mənəviyyat ocağı" var, və biz birlikdə çalışıb o ocağı da sönməyə qoymamalıyıq, çünki belə ocaqsız xalqımız mövcud soyuq əhatədə donub məhv olar.

Mənəviyyat ocağımızın sönməməsi üçün hərə öz "çırpısını", kimi şeirini, kimi nəsr əsərini, kimi musiqisini, bir sözlə maddi və qeyr- maddi mədəniyyət nümunələrini bu ocağa mütəmadi qoymalıdır. Bu nəcib işdə hamıya uğurlar.

Qoy xalqımızın mənəviyyat ocağı həmişə gur yansın, dostlar baxıb sevinsin, düşmənlər görüb xar olsunlar.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin