Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

ASƏF QULİYEV: 

RUSİYA MÜDAFİƏ NAZİRLİYİ TƏXRİBATLARIN ANONSUNU VERİR?

Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağda bir neçə gün idi ki, sakitlik hökm sürürdü.

Dünən axşam saatlarına Rusiya Müdafiə Nazirliyinin internet resursunda xəbər yayıldı ki, Qarabağda atəşkəs pozulub. Erməni informasiya resursları bu informasiyayanı tirajladı. Bunu baş verə biləcək daha iri təxribatların anonsu da hesab etmək olar.

Məsələ ondadır ki, Azərbaycan Rusiya tərəfinin tələblərinə baxmayaraq Laçında qurulmuş yeni postu demontaj etməyəcək. Bu azmış kimi ABŞ-da ikitərəfli danışıqlar gedir.

Bunlar Rusiyanın maraqlarına cavab vermir.

Həm Rusiyanın yerlərdəki tör-töküntüləri, həm də Kreml rəsmiləri baş verənlərdən narahatlıq ifadə edən fikirlər səsləndirir.

Ruben Vardanyan: “Belə şəraitdə Laçın dəhlizi Artsax tərəfdən istifadə edilməyəcək”.

Qeqam Manukyan: “ABŞ-da erməni xalqının arxasında gizli sui-qəsd hazırlanır”.

Dmitri Peskov: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur”.

Rusiya və tör-töküntülərinin bu mərhələdə bəyanatlar verməkdən başqa heç bir iş görmək imkanı yoxdur. Ancaq unutmaq olmaz ki, Rusiyanın regionda hərbi təxribatlar yaratmaq imkanları hələ də qalmaqdadır. Və baş verə biləcək eskalasiyaya hazır olmaq lazımdır.

Best coffeeshop in Berlin