İsrail Suriyanın Suveyda vilayətində tanklara hücum edib
İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın cənubundakı Suveyda bölgəsində bir neçə tanka zərbələr endirib.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Qəzetin yazdığına görə, İsrail rəsmiləri bəyan ediblər ki, yəhudi dövləti Suriyanın cənubunu tamamilə demilitarizasiya etməyə və hər hansı silahlı qruplaşmaların, o cümlədən yeni hökumətin nümayəndələrinin oraya nüfuz etməsinin qarşısını almağa çalışır.


