Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ali Rada 60 yaşdan yuxarı ukraynalılara müqavilə əsasında xidmət etməyə icazə verir

Ukrayna Ali Radası hərbi vəziyyət dövründə yaşı 60-dan yuxarı olan vətəndaşlara könüllü olaraq hərbi xidmət müqaviləsi bağlamağa imkan verən qanun layihəsini qəbul edib. Müqavilə iki aylıq sınaq müddəti ilə 1 il müddətinə bağlanır.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

306 deputat “lehinə” səs verib. 13229 saylı qanun layihəsi aprel ayında Ali Radada qeydə alınıb. İyun ayında parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qanun layihəsinə əsasən, hərbi vəziyyət dövründə hərbi hissə komandirinin məktubu olduqda, yaşı 60-dan yuxarı olan, hərbi-həkim komissiyası tərəfindən sağlamlığına görə hərbi xidmətə yararlı hesab edilən şəxslər aşağıdakı vəzifələr üzrə müqavilə əsasında hərbi xidmətə qəbul edilə bilərlər:

- sıravi, çavuş və ya kiçik zabitlər;

- kiçik və ya yüksək rütbəli zabitlər (bu şəxslər 2015-ci il yanvarın 1-dən sonra hərbi xidmətdən xaric olunmaq şərti ilə).

Best coffeeshop in Berlin