Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paşinyan: Türkiyə ilə barışıq Ermənistan üçün yeganə yoldur

Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bəyan edib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq ölkə üçün yeganə yoldur.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Türkiyə ilə barışmağa çalışmasaq, Ermənistanın hansı alternativləri var?!” Paşinyan soruşdu.

O, İrəvanla Ankara arasında münasibətlərin normallaşması prosesindən narazı olan vətəndaşlara da müraciət edərək, onların nəyə ümid etdiyini soruşub.

"Türkiyə kimi bir ölkə ilə müharibə yoluna getməli olduğumuzu demək istəyirlər? Biz nə danışdığımızı başa düşürük?" baş nazir vurğuladı.

Best coffeeshop in Berlin