Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Bəybala Mirzəyev:

Günün fransızı...

Fransalı aktyor Jerar Depardyenin son hərəkəti necə deyərlər, rusların cızdağını çıxarıb.

Adam 2013-cü ildə Fransanın o vaxtkı liderləri N.Sarkozi və F.Ollandın vergi siyasətinə etiraz edərək və hər il çoxlu miqdarda vergi ödəməyin ədalətsizlik olduğunui bildirərək Fransa vətəndaşlığından çıxmış və Rusiyaya köçmüşdü. Putin də böyük həvəslə onu Rusiya vətəndaşlığına qəbul etmiş və onun pasportunu da şəxsən özü təqdim etmişdi.

Ancaq Rusiyanın Ukraynaya hücumundan sonra J.Deparye Rusiya prezidentinin ən sərt tənqidçilərindən birinə çevrildi.

Bu gün isə bu məşhur aktyor sosial şəbəkədə rusları qəzəbləndirən sözlər yazaraq Rusiyanı tərk edib.

Sitat:

"Mən rusiyalı olmaqdan utanıram. Bizim quldurlar, faşistlər və cinayətkarlarla eyniləşdirilməyimiz məni çox incidir... Mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm. Mən dəstək üçün Fransa hökumətinə müraciət edirəm və onlardan mənə müharibə qaçqını statusu vermələrini xahiş edirəm".

Depardyenin bu gedişi rusları mat qoyub.

Rusiyalı deputatlar, təbliğatçı-aparıcılar Depardyeni dərhal "satqın", "xəyanətkar" adlandırıblar.

2013/2014-cü illərdə rus mətbuatı J.Depardye kimi ünlü şəxslərin Rusiyada yaşamaq istəyini Rusiyanın qüdrətli, əzəmətli dövlət olmasının göstəricisi kimi təqdim edirdi.

Bu gün isə Depardye kimi şəxslər kinayəli sözlər yazıb Rusiyanı tərk edirsə, bu artıq Rusiyanın çöküşünün göstəricisidir.

Super dövlətə, dünya gücünə çevrilmək iddiasında olan bir ölkə sonda aktyorların məsxərə obyektinə çevrildi.

Bəybala Mirzəyev 

Best coffeeshop in Berlin