Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Xaqani Cəfərli:

Ölkəmizin aid olduğu coğrafiya texnologiyada Qərbdən ən azı iki nəsil, bir çox sahələrdə isə üç nəsil geridədir

Gələcək həmişə intellektuallardan asılı olub. Hansı cəmiyyətin intellektual potensialı güclü olubsa, o dövlət daha öndə olub. Bu gün dünyada beyin köçü, intellektualların köçü yaşanır. Şərqdən Qərbə doğru hərəkət edən bu köçün nəticəsində Şərq daha da yoxsullaşacaq, Qərb isə daha da zənginləşəcək.

Bu köçün bu günə olan nəticəsi ondan ibarətdir ki, bütün dünya üzrə öz sahələri üzrə ən yaxşı mütəxəsis, alim sayılan insanların ən üst təbəqəsinə aid olanların yarısından çoxu ABŞ-da yaşayır. Təxminən beş milyon intellektual bu gün ABŞ-da gələcəyin texnologiyasını yaratmaqla məşğuldur. Bu oniliyin sonuna kimi elə texnologiyalar icad olunacaq ki, ABŞ əlçatmaz hala gələcək.

Bu vəziyyəti ən aydın görən dövlət və narahatlıqa izləyən dövlət Çindir. Digər dövlətləri isə iki yerə bölünüb. ABŞ-ın müttəfiqləri Vaşinqtonun bu texnologiyaların bir hissəsini onlarla bölüşəcəyinə ümid edərək, gələcəyə nikbin baxmağa çalışırlar.

Bizim ölkənin yerləşdiyi çoğrafiyadakı dövlətlər isə hələ dünyada nəyin baş verdiyinin fərqində deyillər. Ölkəmizin aid olduğu coğrafiya texnologiyada Qərbdən ən azı iki nəsil, bir çox sahələrdə isə üç nəsil geridədir.

Bu gerilik ümidli gələcəyi istisna edir. Yeganə qurtuluş yolu Mirzə Fətəli Axundzadənin müəyyən etdiyi yoldan getməkdir. Digər bütün yollar dərin uçuruma aparır.

Best coffeeshop in Berlin