Karateçimiz İrina Zaretska Dünya Oyunlarında ikinci olub
Çinin Cengdu şəhərində keçirilən Dünya Oyunları Azərbaycanın Milli Karate Federasiyasının ( WKF) yığma komandasının üzvü İrina Zaretska (68 kq) üçün uğurlu olub. WKF-dən verilən məlumata görə, analıq məzuniyyətindən yenicə dönən titullu idmançımız medallar kolleksiyasına daha bir medal əlavə edib. Qeyd edək ki, Oyunların finalına qədər qələbələrini sıralayan Zaretska həlledici döyüşdə İsveçrə təmsilçisi Elena Qurici ilə bacarmayıb. Nəticədə o, Dünya Oyunlarında ikinci olmaqla gümüş medalla kifayətlənib.
Yeri gəlmişkən, uzun illər öz çəkisində dünya reytinqinə liderlik edən Zaretska dayana üzərinə yenidən dönüşü ilə reytinqdə ikinci olub.
İNTİQAM Məmmədov


