Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Hümbət Həsənoğlu: 

Dəniz və yağış

(esse)

Dənizə yağış yağır.

Suya su , duzlu suya şirin su tökülür.

O şirin su elə dənizdən doğulub səmaya qalxır, buludlar şəklində göylərdə gəzir, ölkələr, şəhərlər görür. Göylər yalnız şirin və saf suları qəbul edir. Göylər elədir, insan ruhlarının da yalnız saf olanlarını qəbul edir.

Şirin su öz tərk etdiyi dənizi görən kimi buluddan yağış kimi öz ana qucağına qaçır, ana dəniz də sevincli, duzlu göz yaşları ilə balalarını öz ağuşuna alır. Dənizdən hələ çox şirin sular doğub göylərə qalxacaq. Ana dəniz də həsrətlə göylərə baxıb öz şirin balalarını gözləməkdə davam edəcək, suyun həyatı beləcə, əbədi olaraq davam edəcək.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin