Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Firuz Mustafa: 

Əbədiyyət dünyasına səfəriniz mübarək!

Uzun illər Rusiyada və İsraildə yaşasa da ürəyinin sön döyüntüsünə qədər Azərbaycanla nəfəs alan Çingiz Hüseynov ömrünün 94-cü ilində haqq dünyasına qovuşdu.

Böyük yazıçı, böyük vətəndaş idi.

Bakıda və Moskvada epizodik görüşlərimiz olmuşdu. Sadələrin sadəsi idi.

Sosial şəbəkədə arabir məktublaşırdıq. Ədəbi prosesi yaxından izləyirdi.

Çox işləyirdi. Təəssüf ki, bir çoxları, hətta onların arasında ədəbiyyatçı olmaq iddiasında bulunanlar da var, onun yaradıcılığı ilə yaxından tanış deyil. Çingiz Hüseynovun xüsusilə “Merac”, “Fətəli Fəthi”, “Doktor N” tarixi romanları ədəbiyyat tariximizdə daim qalacaq. Əslində bu əsərlərdə “tarix” bir fondur. Yazıçı həmin romanlarda təkcə bizim xalqımızın keçdiyi yola deyil, bir çox millətlərin keçdiyi ziqzaqlı, keşməkeşli yollara işıq tutulmuşdur...

“Poçta” baxıram. Orada Çingiz müəllimlə çaparaq, eksklüziv yazışmalarım var. Budur, bir dəfə mən ona yazdım ki, “Çingiz müəllim, salam. "Lit. Az-n" jurnalının bu ilki 2-ci sayında Sizin yazınız çıxıb: "По следам коранических аятов.." .Redaktor Solmaz xanım (İbrafimova) dedi ki, ya ev ünvanınızı, ya da el. ünvanınızı göndərəsiz...” (05.05.2015, 21:45)

O, çox tezliklə cavab yazdı: “Çox sağ ol, Firuz! Çapdan xəbərim var... Ünvanlarım^ Москва, 142783, поселение Внуковское, пос. ДСК ” Мичуринец”, ул. Горького, участок №14. elektron - zigni4@gmail.com Solmaz-x. minnətdaram, el ünvanı, təəsüf ki, məndə yoxdur, bildirsə pis olmazdı... Ç.H.” (05.05.2015, 23:32)

Əlvida, Çingiz müəllim. Əksər qəhrəmanlarınızın getdiyi əbədiyyət dünyasına səfəriniz mübarək.

Best coffeeshop in Berlin