Ukrayna daha bir MDB sazişini ləğv etdi
Ukrayna hakimiyyəti tikinti lisenziyalarının tanınması haqqında MDB sazişindən çıxmaq qərarına gəlib.
Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.
“Tikintiyə lisenziyaların qarşılıqlı tanınması haqqında Sazişdən çıxmaq haqqında qanun layihəsi təsdiqlənib”, o, Telegram kanalında yazıb.
Müqavilə 1997-ci il martın 27-də Moskvada imzalanıb, Ukrayna isə 1998-ci il martın 5-də ratifikasiya edib.


