Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlqar Əlfioğlu:

Korrida

İspaniya Kral Akademiyası öz izahlı lüğətində tavromahiyanı incəsənət bölməsinə aid edib. Bizlər bunu anlamasaq da, iliyinədək ispan olan elm adamları bəlkə də haqlıdırlar. Çünki İspaniyada elə bir görkəmli rəssam, yazıçı, bəstəkar, yaxud filosof yoxdur ki, əsərlərinin əhəmiyyətli bir hissəsini korridaya həsr etməmiş olsun. Heç olmasa, Fransisko Qoyyanın məşhur "Tavromahiya" və "Bordo buğaları" silsiləsini, Pablo Pikassonun toreadorlara və buğalara həsr olunmuş neçə-neçə rəsm əsərini, filosof Xose Orteqa Qasetanın buğalar haqda essesini, Federiko Qarsia Lorkanın "İqnasio Sançes Mexiasa ağı", ya da "Korrida romansı" şerlərini xatırlayaq... Lorka necə deyirdi?..

Düz beş dəfə al qırmızı

çiçək açdı

şpaqanın tiyəsi!

Tunc heykəltək ucalırdı

vəhşi gücə qalib gələn

bu meydanın yiyəsi.

Sanki qızıl tikməli ipək qanadlarında

qürubun al rəngini oynadan kəpənəkdi...

Havadakı bürkünün od nəfəsi çağlayan,

təzə qan qoxusuyla o uca, ulu dağın

ətəklərin haxlayan qaнnar duman içində

Meydan uğuldayırdı...

Гюлечка Полад:

Heç yadımdan çıxmaz, rus kanalında korrida haqqında veriliş gedirdi, çox həvəslə baxırdıq. Həyəcan, möhtəşəm stadionun uğultusu bir başqa abu-hava qatırdı, nəfəs çəkmədən o, храбрый тореодорdan gözümü çəkə bilmirdim. Birdən mamam (rəhmətlik) içəri girdi, 10 saniyə ekranda baş verənə baxdı və elə bir mərhəmət, acı dolu səslə "biçarə, yazıq heyvanın nə günahı var..." deyib otağı tərk etdi ki, baş verənlərə baxa bilməyəcəyini nümayiş etdirsin. O gün, bu gün mən o "göstərişə" baxmıram, daha doğrusu baxa bilmirəm...

PS. Bəlkə nümayişgarcasına "buna baxmayın, bu çox pisdir..." və s. desəydi, biz uşaqlar (adətən olduğu kimi) onların heç nə bilmədiyini düşünüb baxmağa davam edəcəkdik. Amma, hər zaman olduğu kimi, mamamın düzgün "pedogogiyası" qalib gəldi!

 

Tarlan Eyvazov:

Tam razıyam, öküzə rəhmi gələnlər özlərin hər gün inək, özüdə erkək inək yemillərmi? Belə yanaşsaq onda gərək qurban bayramının atributundan da imtina edək. Bu ispanların tək mədəni irsi deyil, həmdə məişətinə, əxlaqına tam daxil olmuş bir adətdir. Yeri gəlmişəkən SSRİ xalq rəssamı Tahir Salahvun da bu mövzuda "Korroda" adlı məhşur bir tablosu var. Yaradığılığın ən məhşur, ən məhsuldar dövründə işləyib.

QEYD. Sarı fonda verilən başlıqlar Facebook sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

2010-cu ildə İspaniyada 1487 korrida baş tutub. Heç bir əhəmiyyətli bayram korridasız olmur. Öküz döyüşü İspaniyanın irili-xırdalı bütün şəhərlərində, kəndlərində keçirilən ənənəvi "Şəhər günləri"nin məcburi elementidir. İspaniyada bir qayda olaraq, hər yaşayış məskəninin müqəddəslər arasında öz hamisi olur və həmin bayramlar da elə onların şərəfinə keçirilir. Belə bayramlardan ən məşhuru isə Pamplon şəhərində keçirilən Müqəddəs Fermin günləridir. Görkəmli Amerika yazıçısı Heminquey özünün "Fiesta" romanında Pamplondakı bayramı yetərincə vəsf edib.

Düz on gün sürən bu el şənliklərində şəhərin küçələrində hər səhər "enserro", yəni buğa qaçışı; axşamlar isə dəbdəbəli korrida təşkil olunur və özünü ispan sayan hər kəs o bayramda can qoyur...

"Can qoyur" kəlməsini bu kontekstdə məcazi mənada işlətmədik, çünki qəzəbli buğaların qabağına düşüb dar küçələrlə qaçanlar, adrenalin həsrətində öz taleyiylə qumar, ölümüylə çiling-ağac oynayanlar arasında əcəlini tapanlar da olur...

Korrida yaxşıdırmı, pisdirmi? Bu qədim ənənəni qiymətləndirmək bizəmi qalıb? Qoy onun qiymətini ispanlar versin…

Best coffeeshop in Berlin