Elbrusda kanat yolun çökməsi nəticəsində 2 nəfər ölüb
Kabardin-Balkarda Elbrusda tək oturacaqlı kanat vaqonunun qırılması nəticəsində iki nəfər ölüb.
Bu barədə vilayətin qubernatoru Kazbek Kokov məlumat verib.
"Qəzanın ilkin səbəbi dayaqlardan birinin diyircəsindən çıxan kabeldir. Hadisənin bütün halları müvafiq orqanlar tərəfindən müəyyən ediləcək", - region rəhbəri özünün Telegram kanalında yazıb.


